Ağcabədi şəhər sakini Z.Hacıyevin idarə etdiyi avtomobilə baxış zamanı “Makarov” markalı tapança və 100 qram heroin aşkar edilərək götürülmüşdür
13.06.2021Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hacıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı “Makarov” markalı tapança və 100 qram heroin aşkar edilərək götürülmüşdür.