Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

"Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində külli miqdarda narkotik vasitələr aşkar edilərək məhv edilmişdir

13.06.2021

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində  Lənbəran kəndi ərazisində yabanı halda bitmiş 5 ton 150 kiloqram çəkidə 25.000 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.

Tərtər RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində  Xoruzlu kəndi ərazisində yabanı halda bitmiş 2,1 ton çəkidə 4230 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.

Quba RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində  Mirzəqışlaq kənd sakinləri, əvvəllər məhkum olunmuş M.Babayev və oğluna məxsus həyətyanı sahədən və istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 110 ədəd çətənə kolu, habelə M.Babayevin yaşadığı evin zirzəmisinə baxış zamanı oradan 16 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.