Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür
13.06.2021Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində şəhər sakini V.Əkbərovun yardımçı təsərrüfatdan kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xolmili kənd sakini M.Fərziyevin torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 47 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.