Bakı şəhər sakini Ə.Abdullayevin idarə etdiyi avtomobilə baxış zamanı ona və sərnişini olan paytaxt sakini M.Həsənliyə məxsus narkotik vasitələr aşkar edilərək götürülmüşdür
11.06.2021Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini Ə.Abdullayevin idarə etdiyi “Khazar” markalı avtomobil rayon ərazisində saxlanılmışdır. Avtomobilə baxış zamanı ona və sərnişini olan paytaxt sakini M.Həsənliyə məxsus, çəkisi 1 kiloqram 860 qram heroin və 257 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.