Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Süleymanovun yaşadığı evdən 6 kiloqram 80 qram heroin, 2 kiloqram 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi götürülmüşdür
08.06.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Süleymanov Sabunçu rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 9 qram heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlələ onun Ramana qəsəbəsindəki yaşadığı evdən 6 kiloqram 80 qram heroin, 2 kiloqram 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi götürülmüşdür.