Yabanı halda bitmiş çəkisi 4 tona yaxın olan 7225 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir
08.06.2021Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bayramkoxa kəndi ərazisində yabanı halda bitmiş çəkisi 4 tona yaxın olan 7225 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.