Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini B.Hüseynovdan hədə-qorxu ilə 380 manat pulunu almaqda şübhəli bilinən Lənkəran rayon sakini F.Bayramov saxlanılmış, digər bir nəfərin şəxsiyyət müəyyən edilmişdir

04.06.2021

Lənkəran ŞRPŞ-yə müraciət edən Bakı şəhər sakini B.Hüseynov Lənkəranda iki nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 380 manat pulunu almalarını bildirmişdir.  

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Türkəncil kənd sakini F.Bayramov saxlanılmış, digər bir nəfərin isə şəxsiyyət müəyyən edilmişdir.

Araşdırma aparılır.