Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonu ərazisindəki gözəllik salonlarının birində Bakı şəhər sakini R.Qafarovanın pulqabısını oğurlamaqda şübhəli bilinən N.Xəlilova saxlanılmışdır

04.06.2021

Nəsimi RPİ 21-ci Polis Bölməsi və 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 2-də rayon ərazisindəki gözəllik salonlarının birində Bakı şəhər sakini R.Qafarovanın çantasından içərisində 600 manat, bankomat kartı və şəxsiyyət vəsiqəsi olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Xəlilova saxlanılmışdır.

Ətrafında aparılan tədbirlərlə onun iyunun 3-də digər gözəllik salonunda İ.Bağırovanın çantasından 400 manat pul və sənəd oğurlaması da müəyyən edilmişdir.