Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini M.Çələbiyev saxlanılıb

04.06.2021

Şəki ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini M.Çələbiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində yerləşən mal-qara bazarında gizlətdiyi əlavə 2 kiloqram 724 qrama yaxın marixuana və 1 ədəd elektron tərəzi götürülmüşdür.