Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Liman şəhər sakini Ə.Əsgərov saxlanılmışdır
04.06.2021Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əsgərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 455 qram heroin aşkar edilərək götürülmüşdür.