Xəzər rayon sakini Ə.Azadovun yaşadığı evdən 1 kiloqramdan artıq marixuana, həyətyanı sahəsindən isə 11 ədəd çətənə kolu götürülmüşdür
03.06.2021Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbə sakini Ə.Azadovun yaşadığı evə baxış zamanı oradan 1 kiloqramdan artıq marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.