Mingəçevir şəhəri ərazisində özünü Kür çayına atmış şəhər sakini N.Sayadova xilas edilmişdir
03.06.2021İyunun 3-də saat 22 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini N.Sayadova özünü Kür çayına atmışdır.
Mingəçevir Şəhər Mühafizə və Polis Şöbəsinin əməkdaşları tərəfindən o, xilas edilmişdir. Xəstəxanaya yerləşdirilmiş N.Sayadovanın vəziyyəti qənaətbəxşdir.
Araşdırma aparılır.