Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini A.Əliyev müəyyən edilərək saxlanılmışdır
02.06.2021Cəbrayıl RPŞ-yə iyunun 2-nə keçən gecə şəhər ərazisindən Lənkəran rayon sakini T.Babazadənin “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini A.Əliyev müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.