Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
02.06.2021İyunun 2-də saat 20 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində kənd sakini Elşad Hüseynovun idarə etdiyi “VAZ-2101” markalı avtomobillə Kərimbəyli kənd sakini Ş.Süleymanovun idarə etdiyi “Belarus MTZ-80” markalı traktor toqquşmuşdur. Nəticədə E.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Füzuli RPŞ tərəfindən araşdırma aparılır.