Bərdə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
03.06.2021İyunun 3-də saat 1 radələrində Bərdə şəhəri ərazisində Şirvanlı kənd sakini N.Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən şəhər sakini Yaşar Lazımovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.