Oğurluq etməkdə şübhəli bilinən Bərdə rayon sakini M.Məmmədov və Qubadlı rayon sakini Ə.Aydınova saxlanılmışlar
02.06.2021Astara RPŞ-yə iyunun 1-də Ərçivan qəsəbəsi ərazisindəki mağazaların birindən 800 manat pul və sərinkeş oğurlanması barədə məlumat daxil olmuşdur.
Astara RPŞ və BDYPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinənlər - Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov və Qubadlı rayon sakini Ə.Aydınova saxlanılarkən onlar BDYPİ-nin əməkdaşlarını bıçaqla hədələmişlər.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə onlar zərərsizləşdirilmişlər.