Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Məmmədovun yaşadığı mənzilə baxış zamanı 6 kiloqram 190 qram heroin, 3 kiloqramdan artıq metamfetamin, 1 kiloqram 145 qrama yaxın tiryək, 946 qramdan artıq marixuana, 200 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi götürülmüşdür
01.06.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Məmmədov Yasamal rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 97 qramdan artıq heroin, 102 qrama yaxın metamfetamin və 1 ədəd narkotik vasitələrin dövriyyəsində istifadə etdiyi bank kartı aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan 6 kiloqram 190 qram heroin, 3 kiloqramdan artıq metamfetamin, 1 kiloqram 145 qrama yaxın tiryək, 946 qramdan artıq marixuana, 200 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi götürülmüşdür.