Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakini S.Hüseynlinin yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 545 qram heroin, 780 qram metamfetamin və 1 ədəd elektron tərəzi götürülmüşdür

01.06.2021

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakini S.Hüseynli Abşeron rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 27 qramdan artıq heroin və 9 qrama yaxın metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 545 qram heroin, 780 qram metamfetamin və 1 ədəd elektron tərəzi götürülmüşdür.

01.06.2021 tarixinə olan kriminal məlumatlar