İmişli rayon sakini A.Poladova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini Ə.Şahbazov avtomobillə birgə saxlanılmışdır
31.05.2021İmişli RPŞ-yə müraciət edən Kürmahmudlu kənd sakini A.Poladov mayın 31-də kənd ərazisindən “VAZ-21150” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini Ə.Şahbazov müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)) maddəsi ilə cinayət işi başlanmışdır.