Neftçala şəhəri ərazisində “İj” markalı motosikiletlə “Ford” markalı avtomobil toqquşmuşdur
31.05.2021Mayın 31-də saat 1 radələrində Neftçala şəhəri ərazisində şəhər sakini Seymur Səmədovun idarə etdiyi “İj” markalı motosikiletlə Bankə qəsəbə sakini O.Mədətovun idarə etdiyi “Ford” markalı avtomobil toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Səmədov orada ölmüş, sərnişini olan qardaşının vəziyyəti qənaətbəxşdir.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.