Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonu ərazisində avtomobildən pul oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakini A.Cəfərov saxlanılmışdır

31.05.2021

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da rayon ərazisində “Mercedes” markalı avtomobildən 300 manat pul oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakini A.Cəfərov saxlanılmışdır.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Lökbatan qəsəbəsi ərazisində “Audi” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 180 manat dəyərində gödəkçə və pulqabı, “QAZ-3110” markalı avtomobildən isə 200 manat pul oğurlaması da müəyyən edilmişdir.

31.05.2021 tarixinə olan kriminal məlumatlar