İmişli rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Murğuzalı kənd sakini R.İmanov saxlanılmışdır
31.05.2021İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-də rayon ərazisindəki mağazaların birindən 1800 manat pul, 100 manat dəyərində spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Murğuzalı kənd sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılmışdır.