Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

28.05.2021

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən mayın 28-də paytaxtın Binəqədi və Nəsimi rayonları ərazilərində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb. Onlardan biri tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Digər şəxsin Abşeron rayonu ərazisindəki modul tipli xəstəxanada müalicə almasına baxmayaraq, oranı özbaşına tərk etməsi müəyyən edilib və xəstəxanaya təhvil verilib.