Binəqədi qəsəbə sakini Sərvər Həsənova məxsus olan "Samir" market mağazasında təbii qazın sızmasından partlayış baş vermişdir
26.03.2008Martın 27-nə keçən gecə Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini Sərvər Həsənova məxsus ümumi sahəsi 100 kvadradmetr olan "Samir" market mağazasında təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə mağazanın dam örtüyü uçmuş arakəsmələr dağılmış pəncərə şüşələri sınmışdır. Ölüm və xəsarət alan olmamışdır. Araşdırmalar aparılır.