Biləsuvar rayonu ərazisində yol-nəqliyyat hadisəsi
28.05.2021Mayın 28-də saat 21 radələrində Biləsuvar rayonu ərazisində Kavdar kənd sakini Z.Fehruzlu idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən Tinli kənd sakini H.Məmmədovun idarə etdiyi “Belarus” markalı traktora vurmuşdur. Nəticədə Z.Fehruzlunun sərnişini Yadigar Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı araşdırma aparılır.