Bərdə rayon sakini G.Abışovdan heroin aşkarlanmışdır
28.05.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş G.Abışov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 100 qramdan artıq heroin aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə onun kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 1 kiloqram 160 qram heroin, 792 qram metamfetamin və 2 ədəd elektron tərəzi götürülmüşdür.