Əvvəllər məhkum olunmuş C.Quliyevdən heroin aşkarlanmışdır
28.05.2021Sumqayıt ŞPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş C.Quliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 11 qramdan artıq heroin aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 573 qram heroin götürülmüşdür.