Şirvan rayonu ərazisindəki 4 evdən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri P.Hüseynov və M.Allahverdiyev saxlanılmışlar
28.05.2021Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 4 evdən ümumilikdə 13190 manat, 10450 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş P.Hüseynov və M.Allahverdiyev saxlanılmışlar.