Şamaxı rayonu ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini E.Səlimbəyli saxlanılmışdır
28.05.2021Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səlimbəyli saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan “Marqolin” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.