Gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılmışdır
27.05.2021Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 47 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 34 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılmışdır.