Özlərini televiziya əməkdaşları kimi təqdim edib körpələr evinin müdirindən hədə-qorxu gələrək 300 manat pul tələb edən 3 nəfər saxlanılmışlar
27.05.2021Mayın 27-də Bərdə rayonunun Dəymədağlı kəndi ərazisində yerləşən körpələr evinin müdiri rayon prokurorluğuna ərizə ilə müraciət edərək həmin gün saat 15 radələrində kənd ərazisində özlərini televiziya əməkdaşları kimi təqdim edən 3 nəfərin hədə-qorxu gələrək ondan 300 manat pul tələb etmələrini bildirmişdir.
Bərdə Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən “Fakt araşdırma” internet televiziyasının təsisçisi, Gəncə şəhər sakinləri, əvvəllər iki dəfə məhkum olunmuş Q.Alışanov, “AZTV news” xəbər portalının işçisi, əvvəllər məhkum olunmuş S.Məmmədov və “Araşdırmaçı” agentliyində müxbir işləyən Siyəzən rayon sakini E.Qurbanov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.