Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
27.05.2021Mayın 27-də Binəqədi RPİ 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, aktiv koronavirus xəstəsi olan Bakı şəhər sakini A.Əhmədovun yaşadığı evi tərk etməsi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən saxlanılan A.Əhmədovla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə evinə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.