Lənkəran rayonunun Boladi kənd sakini Ş.Nəsirovu ov tüfəngi ilə hədələmiş S.Bağırov ov tüfəngini könüllü olaraq təhvil vermişdir
27.05.2021Lənkəran ŞRPŞ-yə mayın 27-də saat 1 radələrində Boladi kəndi ərazisində kənd sakini S.Bağırovun xuliqanlıq zəminində həmkəndlisi Ş.Nəsirovu ov tüfəngi ilə hədələməsi barədə məlumat daxil olmuşdur.
Aparılan profilaktik tədbirlər nəticəsində S.Bağırov müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil vermişdir.