Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçisi A.Şükürov ov tüfəngi ilə sahibsiz itləri vurduğuna görə saxlanılıb

27.05.2021

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 26-da şəhər ərazisində ov tüfəngi ilə sahibsiz itləri vurduğuna görə şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçisi A.Şükürov müəyyən edilərək saxlanılıb. Ondan müvafiq sənədləri olan “İJ-18” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

27.05.2021 tarixinə olan kriminal məlumatlar