Bərdə şəhəri ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.Qasımov və M.Şadmanov avtomobillə birgə saxlanılmışlar
24.05.2021Bərdə RPŞ-yə müraciət edən E.İsmayılov mayın 24-də şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən A.Qasımov və M.Şadmanov müəyyən edilərək avtomobillə birgə saxlanılmışlar.
Araşdırma aparılır.