Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində “Daewoo” markalı avtomobillə velosiped sürən qəsəbə sakini vurulmuşdur
24.05.2021Mayın 23-də saat 15 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Ş.Mehdiyev idarə etdiyi “Daewoo” markalı avtomobillə velosiped sürən qəsəbə sakini Aydın Tarverdiyevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Tarverdiyev bir gün sonra orada ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.