Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
24.05.2021Mayın 24-də Quba RPŞ-nin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan Zərdabi kənd sakini S.Muradi ictimai yerdə aşkar edilərək saxlanılıb. Tibbi prosedurlar gözlənilməklə o, xəstəxanaya yerləşdirilib.