Xətai rayonunun Babək prospektində yerləşən qəbiristanlıqdan qranit güldanlar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
24.05.2021Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 11-nə keçən gecə Babək prospektində yerləşən qəbiristanlıqdakı qəbirlərdən birinin üzərindən 700 manat dəyərində 2 ədəd qranit güldan oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar - V.Quliyev və S.Səmədov saxlanılmışlar.