Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hindarx qəsəbə sakini R.Mirzəyevdən 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür
22.05.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hindarx qəsəbə sakini R.Mirzəyev Ağcabədi rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.