Bakı şəhər sakini E.Həsənovun idarə etdiyi avtomobilə baxı zamanı ov tüfəngi və narkotik vasitələr götürülmüşdür
22.05.2021Mayın 22-də saat 16 radələrində Bakı şəhər sakini E.Həsənovun idarə etdiyi “Tofaş” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Avtomobilə baxış zamanı çoxsaylı səs-siqnal quraşdırılması müəyyən edilmiş, habelə 1 ədəd balta, 1 ədəd “Draqon” markalı ov tüfəngi, 14 ədəd patron, 1 ədəd “Jenix” markalı göz yaşardıcı qaz balonu, 1 ədəd elektroşoker və 8 büküm narkotik vasitə aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.