Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini E.Qarayev saxlanılmışdır

22.05.2021

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Zirə qəsəbə sakini N.Əliyev mayın 5-də qəsəbə ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 12 radələrində qəsəbə ərazisində saz vəziyyətdə tapılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini E.Qarayev müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

22.05.2021 tarixinə olan kriminal məlumatlar