Hacıqabul şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
18.05.2021Mayın 18-də saat 7 radələrində Hacıqabul şəhəri ərazisində E.Hüseynovun və V.Nağıyevin idarə etdikləri “Mercedes” markalı 2 avtomobil toqquşmuşdur. Nəticədə E.Hüseynovun sərnişini Zirəddin Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.