Neftçala rayonunun Qırmızıkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
18.05.2021Mayın 18-də saat 9 radələrində Neftçala rayonunun Qırmızıkənd kəndi ərazisində Anar Məhərrəmov idarə etdiyi “Renault” markalı avtomobili qarşıda gedən Ə.Məmmədovun idarə etdiyi “Tatra” markalı avtomobilə vurmuşdur. Nəticədə A.Məhərrəmov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.