Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
15.05.2021Mayın 15-də saat 20 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Lənkəran rayon sakini E.Şahmuradov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Natiq Balakişiyevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.