Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılmışdır

12.05.2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1nəfər xəsarət almışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılmışdır.

12.05.2021 tarixinə olan kriminal məlumatlar