Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü, Gəncə şəhər sakini N.Şükürlü saxlanılmışdır

12.05.2021

Mayın 11-də Gəncə şəhərinin N.Gəncəvi prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı E.Məmmədov vurulmuşdur. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gəncə şəhər sakini N.Şükürlü saxlanılmışdır. 

Araşdırma aparılır. 

12.05.2021 tarixinə olan kriminal məlumatlar