Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Adam öldürməyə cəhddə şübhəli bilinən Şəmkir rayon sakini R.Mehdixanov saxlanılmışdır

09.05.2021

Şəmkir Rayon Polis Şöbəsinə mayın 9-da Çinarlı qəsəbəsi ərazisində rayon sakini R.Mehdixanovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə dayısı oğlu M.Rüstəmovun ayaq və B.Hüseynovun əl nahiyələrinə xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur.

M.Rüstəmov və B.Hüseynov xəstəxanaya yerləşdirilmişlər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən R.Mehdixanov saxlanılmışdır. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (Adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.