Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini M.Abbasov polis əməkdaşları tərəfindən saxlanılmışdır

09.05.2021

Abşeron Rayon Polis İdarəsinə aprelin 27-nə keçən gecə Xırdalan şəhəri ərazisindən şəhər sakini S.Mehdiyevə məxsus “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin mayın 9-da saat 2 radələrində Ağdaş rayonu ərazisində hərəkətdə olması aşkar edilmişdir. YPX postunda polis əməkdaşlarının “Saxla” əmrinə tabe olmayan sürücü hərəkətini davam etdirmiş, İsmayıllı rayonun Xəlilli kəndi ərazisində avtomobildən düşərək qaçmışdır.

Görülmüş tədbirlərlə avtomobili qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abbasov polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.