Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yol-nəqliyyat hadisəsi törətməkdə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini E.İsazadə saxlanılmışdır

09.05.2021

Mayın 7-də saat 22 radələrində Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Səadət Xəlilova vurulmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Chevrolet” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini E.İsazadə saxlanılmışdır. 

Araşdırma aparılır.