Ucar rayonunun Qarabörk kəndi ərazisində “Ford” markalı avtomobil və “İsuzu” markalı evakuator toqquşmuşdur
07.05.2021Mayın 7-də saat 5 radələrində Ucar rayonunun Qarabörk kəndi ərazisində Tovuz rayon sakini E.Səmədovun idarə etdiyi “Ford” markalı avtomobil və Yevlax rayon sakini N.Allahyarovun idarə etdiyi “İsuzu” markalı evakuator toqquşmuşdur. Nəticədə E.Səmədovun sərnişini Şamil Bağırov hadisə yerində ölmüş, özünə isə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.